Rektor “Eurovision” təmsilçimizi qəbul edib

 

   Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev “Eurovision-2013” müsabiqəsində uğurla çıxış edərək ikincilik qazanmış təmsilçimizi, universitetinMusiqi sənətifakültəsinin IV kurs tələbəsi Fərid Məmmədovu qəbul edib. Rektor Fərid Məmmədovu qazandığı nailiyyət münasibətilə təbrik edərək ona yeni uğurlar arzulayıb.

   Söhbət zamanı professor Timuçin Əfəndiyev 90 yaşlı təhsil ocağının tarixindən danışaraq universitetin yetirmələrinin incəsənətin müxtəlif sahələrində, o cümlədən musiqi sahəsində böyük uğurlar əldə etdiklərini vurğulayıb. Rektor xüsusilə qeyd edib ki, dünya miqyasında uğur qazanan gənclərimiz bundan sonra da respublikamızın adını ucaltmaq üçün öz üzərində daha məsuliyyətlə çalışmalıdırlar.

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 13.